Apr 29, 2017 11:21 Asia/Baku
  • İlk tele-debat; gənclərin problemlərinin həlli
    İlk tele-debat; gənclərin problemlərinin həlli

İran İslam Respublikasında 12-ci prezident seçkilərinə 6 namizədin ilk debatı 3 saat müddətində iki hissədə və ictimai mözular barədə keçirildi. Namizədlər bu mövzuda öz fikirlərini və müəyyən qədər proqramlarını təqdim etdilər.

Yaşayış massivlərindən kənar məskunlaşmalar, gənc cütlüklər xüsusiyyət təşkil etməklə mənzil problemi, sosial ədalət və təbəqələr arası məsafənin azaldılması, gənclərin problemləri və işsizlik göstəricisinin azaldılması, Brukratiyanın məhdudlaşdırılması və icra aparatlarının səmərəliliyinin artırılması eləcə də ətraf mühit problemlərinin həlli ilk seçki debatında müzakirə edilən əsas başlıqlardan ibarət olmuşdur. Namizədlər öz proqramları və ölkədə mövcud imkanları nəzərə alaraq bu mövzulara öz fikirlərini açıqladılar. 

Sosial sahədə müzakirə edilən mövzular istər-istəməz iqtisadi məsələlərə də aid olur, məhz buna görə də debatda ictimai-iqtisadi məsələlərin müzakirəsi biri-birini tamamlayırdı. İlk debatda sisial sahədə müzakirə edilən problemlərin həlli , iqtisadi imkanların səfərbər edilməsi, doğru-düzgün idarə edilməsi və gənclərin problemlərinin həllini əhatə edirdi. Hər 6 namizəd özlərinin müstəqil proqramları əsasında və İranda mövcud imkanları nəzərə alaraq səsləndirilən problemlərin həlli üçün öz proqramlarını bildirdilər. 

Püşatma ilə tele-debatda birinci sözü alan Müstafa Ağa Mir Səlim İranda yaşayış massivlərindən kənarda məskunlaşmanın ictimai, mədəni və iqtisadi problemlərə yol açdığını bildirərək bunun üçün regional proqramlar,su ehtiyatlarından düzgün istifadə və səhralaşmanın qarşısının alınması kimi həll yolları təqdim edib. 

İbrahim Rəisi də prezidentliyə ikinci namizəd kimi sosial ədalətin inkişafı və cəmiyyətdə təbəqələrarası fərqin azaldılması üzrə öz həll yolları və proqramları barədə deyib ki, sosial ədalət İran İslam Respublikası quruluşunun ən mühüm hədəflərindən biri olub və təbəqələrarası fərqin azaldılması üzrə həll yolu ictimaiyyətin aşağı təbəqələrinin subsidiyalarının artırılması və aşağı gəlirli əmək haqqı alanların vergilərinin azaldılmasıdır.

Prezident seçkilərinə digər namizəd Mustəfa Haşemi Təba da gənclərin mənzil məsələsi xüsusiyyət təşkil etməklə mənzil probleminin həlli üzrə layihəsi barədə danışıb: Mənzil problemi iş yerlərinin yaradılması, kreditin ödənilməsi və kiçik mənzillərin tikilməsilə həll olunacaq və iqtisadiyyat yaxşılaşdırılmadan və milli gəlir artırılmadan bu imkansızdır.

Fəaliyyətdə olan prezident və prezidentliyə namizəd Həsən Ruhani də gənclərin izdivac probleminin həlli və  davamlı izdivaclar göstəricisinin artmasının iş yerlərinin yaradılması və sahibkarlığın inkişafından asılı olduğunu bildirib. 

Hazırkı prezidentin müavini və növbəti prezident seçkilərinə namizəd İshaq Cahangiri bürokratiyanın azaldılması və icra aparatlarının kəsərliliyinin artırılması üzrə öz proqramı haqda deyib ki, hər bir inkişafa lazım olan ilk məsələ, ictimai sərmayənin artırılması və xalqın məlumatlılığıdır və xalqın razılığının artırılması çərçivəsində elektron dövlət tam şəkildə icra olunmalıdır.

Püşkatma nəticəsində sonuncu söz alan namizəd Məhəmməd Baqir Qalibaf da havanın çirklənməsi, iqlim dəyişikliyi, quraqlıq və toz hissəciklər kimi ekoloji problemlər üçün özünün təsirli həll yolları və proqramları barədə bildirib ki, bu gün iqtisadi böhranlar ictimai məsələlər üzərində ciddi təsir buraxıbdır və ətraf mühit böhranı məsələsi də İranın ciddi problemlərindəndir və xarici toz hissəciklərinin səbəbi daxili və müdiriyyət zəifliyidir.

Prezident seçkilərinə namizədlərin debatı xalqın səsinin qazanılmasında önəmli rol oynayır. Qarşıdakı iki həftə ərzində keçiriləcək iki debat namizədlərin ölkənin idarə edilməsi sahəsindəki ümumi proqramlarının təqdim olunmasına imkan verərək həm də ölkədə seçki əhval-ruhiyyəsinin kulminasiya nöqtəsinə çatmasında əsas rol oynayacaq. 

 

 

Teqlər