Apr 30, 2017 14:03 Asia/Baku
  • Xarici ölkələrdə yaşayan iranlıların seçkilərdə iştirak etməsinə şərait yaradılır
    Xarici ölkələrdə yaşayan iranlıların seçkilərdə iştirak etməsinə şərait yaradılır

İranın Moskvadakı səfiri deyib: Rusiyada yaşayan iranlıların İran Prezident Seçkilərində iştirak etməsinə şərait yaratmaq məqsədi ilə lazımi tədbirlər nəzərdə tutulub.

İranda 12-ci prezident seçkiləri 19 May 2017-ci ildə keçiriləcək.

İranın Rusiyadakı səfiri Mehdi Sənayi bazar günü İRNA-ya verdiyi müsahibədə deyib: İran Xarici İşlər Nazirliyinin bildirişinə əsasən Rusiyada yaşayan iranlıların seçkilərdə iştirakına şərait yaratmaq məqsədi ilə görüləcək işlərin planı hazırlanıb və həyata keçirilib.

Bundan öncə ölkə sərhədlərindən kənarda yaşayan iranlıların 12-ci prezident seçkilərində iştirakına nəzarət heyətinin rəisi Həsən Qəşqavi bildirmişdi ki, qarşıdan gələn seçkilər zamanı 103 ölkədə, 132 nümayəndəlikdə və 279 seçki məntəqəsində səslərin toplanılması həyata keçiriləcək.

Teqlər