Apr 30, 2017 14:41 Asia/Baku
  • İnqilab Rəhbəri: Seçkilərdə iştirak İranı düşmənlərin şərrindən uzaq tutacaq
    İnqilab Rəhbəri: Seçkilərdə iştirak İranı düşmənlərin şərrindən uzaq tutacaq

İslam İnqilabının Böyük Rəhbəri deyiblər: Xalqın bütün nümayəndələrinin səhnədə olması düşmənin müharibə və təcavüz təhlükəsini daim İran xalqından uzaq tutub və seçkilərdəki təyinedici iştirak düşmənin şərrini İrandan uzaq tutacaq.

İslam inqilabının böyük rəhbəri həzrət ayətullahülüzma Xamenei bazar günü, zəhmətkeşlər günü ərəfəsində minlərlə iranlı işçi və iş adamı ilə görüşdə deyiblər: İran xalqının seçkilərdə iştirakı milli təhlükəsizlik məsələsində həlledici rola malikdir və əgər İran xalqı seçkilərdə iştirak edərsə, İran təhlükəsiz olaraq qalacaq.

Həzrət ayətullahülüzma Xamenei heç bir vəchlə kimə səs vermək və ya verməmək barədə fikir bildirmədiklərini deyərək, sadəcə seçkilərdə iştirakın əhəmiyyətinə təkid etdiklərini bəyan edib və deyiblər: Xalqın səhnədəki iştirakı ilə bağlı qorxu düşmənlərin İrana qarşı istənilən hərəkətdən çəkinməsinin başlıca amilidir. Çünki, düşmənlər xalqın səhnədəki iştirakından sözün əsl mənasında qorxurlar.

İslam inqilabının böyük rəhbəri xalqın quruluş ilə dərin bağlara malik olmasını alqışlayıb və ötən 40 ildə xalqın bütün çətinliklər zamanı quruluşun kənarında olduğunu xatırladaraq, deyiblər: İran hazırda malik olduğu inkişafa, iqtidara, abır, izzət və nüfuza görə xalqın quruluş ilə həmrəyliyinə borcludur.

İnqilab rəhbəri öz iştirakını düşmənlərin müharibə kölgəsinin İrandan uzaqlaşması amili kimi qələmə verənləri tənqid edərək, deyib: Bu sözlər doğru deyil. Həqiqət budur ki, ötən illər ərzində İran xalqı daim səhnədəki iştirakı ilə düşmənlərin müharibə təhlükəsini İrandan uzaqda saxlayıb.

Həzrət ayətullahülüzma Xamenei İran prezident seçkilərinin bütün namizədlərinə tövsiyə ediblər ki, öz niyyətlərini ilahi etsinlər və xalqa xüsusi ilə də az təminatlı təbəqəyə xidmətə kökləsinlər və az təminatlı ailələrə tam dəstək versinlər.

İnqilab rəhbəri həmçinin, zəhmətkeşlərin müxtəlif ölkələrdə siyasi və ictimai sahələrdə təsirli rol oynamalarına işarə edərək, düşmənlərin İran İslam Respublikasında zəhmətkeşlər ilə quruluş arasında qarşıdurma yaratmağa səy göstərdiklərini deyib və vurğulayıblar: Bu səylərə rəğmən zəhmətkeşlər daim quruluşun kənarında dayanaraq, onu himayə ediblər və əslində dindar və fəal bir cəmiyyət olan zəhmətkeşlər ötən illər ərzində İran düşmənlərinə möhkəm şillə vurublar.

Teqlər