May 01, 2017 09:49 Asia/Baku
  • Bu gün həzrət Əbülfəzl Abbasın(ə) mövlud günüdür
    Bu gün həzrət Əbülfəzl Abbasın(ə) mövlud günüdür

Bu gün, bazar ertəsi, Şaban ayının 4-ü həzrət Əbülfəzl Abbasın(ə) mövlud günüdür.

Hicrətin 26-cı ilində, Şaban ayının 4-ündə Mədinə şəhərində dünyaya göz açan həzrət Abbas(ə) şiələrin birinci imamı həzrət İmam Əlinin(ə) övladıdır və Bəni Haşimin Ayı və Kərbəla Ələmdarı kimi ləqəblər ilə məşhurdur. 

Həzrət Abbasın(ə) anası həzrət Ümmülbənin-dir. O, xanım Fatimənin(s.ə) vəfatından sonra Həzrət Əli(ə) ilə ailə qurmaq şərəfinə nail olur. 

Həzrət Əbülfəzl Abbas(ə) Aşura qiyamının unudulmaz qəhrəmanıdır. O, tam fədakarlıq nümunəsi olaraq, İmam Hüseyn(ə) yolunda qəhrəmancasına canından keçərək, imama olan sədaqətini və Allah yolundakı fədakarlığını sübut etdirmiş olur. 

İranın Teleradio Təşkilatı olaraq bu əziz gün münasibəti ilə dünya müsəlmanlarını təbrik edirik. 

Teqlər