May 02, 2017 13:21 Asia/Baku
  • İranlı heyət Astanaya daxil olub
    İranlı heyət Astanaya daxil olub

Suriya sülh müzakirələrinin 4-cü turunda iştirak üçün İranın xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Hüseyn Cabiri Ənsarinin başçılıq etdiyi heyət Qırğızıstan paytaxtı Astana şəhərinə daxil olub.

İRNA-nın verdiyi məlumata görə, Suriya sülh müzakirələri sabah və cümə axşamı günlərində keçiriləcək. Bu gün əsas müzakirələrdən öncə işçi qrupun iclası keçiriləcək. 

İndiyədək Astanada yüksək səviyyədə 3 Tehran və Astanada işçi qrup səviyyəsində isə iki iclas keçirilib. 

Bu müzakirələr İran İslam Respublikasının təşəbbüskarlığı, Rusiya və Türkiyənin əməkdaşlığı ilə Suriyada sülhün bərqərar olunması məqsədi ilə keçirilir. 

Teqlər