May 04, 2017 10:38 Asia/Baku
  • Ruhani problemlə üzləşmiş mədənçilərin nicatı üçün bütün imkanlardan istifadə edilməsini vurğulayıb
    Ruhani problemlə üzləşmiş mədənçilərin nicatı üçün bütün imkanlardan istifadə edilməsini vurğulayıb

İran prezidenti bir müraciətdə Gülüstan vilayətinin Azadşəhr şəhərindəki "Zemestan Yurt" daş kömür mədənində baş vermiş partlayışda bir neçə mədənçinin həlak olması münasibətilə başsağlığı verərək, göstəriş veribdir ki, bütün sektor və orqanlar mədəndə problemlə üzləşmiş mədənçilərə yardımın sürətləndirilməsi üçün bütün imkanlardan istifadə etsinlər.

İran prezidenti Həsən Ruhani bu gün yaydığı bu müraciətdə vurğulayıb: Gülüstan vilayətinin Azadşəhr şəhərində yerləşən mədəndə bir qrup mədənçinin həlak olması və zədələnməsi ilə nəticələnmiş kədərli hadisə bütün İran xalqını matəmə qərq edibdir.

Ruhani hadisədə bədən xəsarəti alanların tez bir zamanda sağalmaları üçün dua edərək, deyib: İranın 1-ci vitse-prezidenti bu hadisənin törətdiyi insan həyatı xəsarətləri və maddi xəsarətlərin əvəzinin çıxılması, bu məsələyə baxılması, eləcə də zərər çəkmiş ailələrin əzablarının azaldılması üçün bütün lazımi addımların atılması barədə tapşırıqlara malikdir.

İran prezidenti habelə ölkənin sənaye, mədən və ticarət, kooperasiya, əmək və sosial rifah nazirlərinin bölgəyə göndərilmələrinə işarə edərək, vurğulayıb: Daxili işlər nazirliyinə, Gülüstan valiliyinə, səhiyyə nazirliyinə və Qırmızı Aypara Cəmiyyətinə bu hadisədə problemlə üzləşmiş insanların nicatı üçün bütün imkanlardan istifadə edilməsi barədə lazımi göstərişlər verilibdir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də bir müraciətdə bir qrup mədənçinin həlak olması münasibətilə başsağlığı veribdir.

Dünən İranın Gülüstan vilayətinin Azadşəhr şəhərindəki "Zemestan Yurt" daş kömür mədənində baş vermiş partlayış hadisəsi nəticəsində indiyədək 21 mədənçi həlak olub, təqribən otuz nəfər də yaralanıbdır.

Deyilənlərə görə, daha 35 digər mədənçi də bu hadisədə problemlə üzləşibdir ki, onların xilas edilməsi əməliyyatı davam edir.

Azadşəhr şəhərindəki "Zemestan Yurt" daş kömür mədəni Gülüstan vilayətinin mərkəzi olan Qorqan şəhərindən 90 kilometr şərqdə yerləşir.

Teqlər