May 09, 2017 19:48 Asia/Baku
  • İranın voleybol yığması Asiya çempionu olub
    İranın voleybol yığması Asiya çempionu olub

İranın 23 yaşadək yığma voleybol komandası bu gün Yaponiya qarşısında qələbə çalaraq Asiya çempionu adını qazanıb.

Ərdəbil şəhərində keçirilən 23 yaşadək Asiya üzrə voleybol yarışlarının final mərhələsində İran yığması Yaponiyaya 3-0 hesabı ilə qalib gələrək ikinci dəfə dalbadal Asiya çempionu olub. 

İranın yığma voleybol komandası bütün oyunlarını qələbə ilə bitirib və heç bir məğlubiyyəti olmadan Asiya çempionu adını qazanıb. 

İran və Yaponiya yığmaları həmçinin Misirin ev sahibliyi ilə keçirilən dünya yarışlarına da vəsiqə qazanıblar. 

23 yaşadək Asiya üzrə voleybol yarışları 11 ölkənin iştirakı ilə mayın birindən Ərdəbil şəhərində başlanılmışdı və bu gün İran komandası çempion adını qazanaraq sona çatdı. 

Teqlər