May 19, 2017 08:41 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbəri səsvermədə iştirak edib
    İslam İnqilabının Böyük Rəhbəri səsvermədə iştirak edib

İslam İnqilabının Böyük Rəhbəri Tehranın İmam Xomeyni (rə) hüseyniyyəsində yaradılan seçki məntəqəsində 12-ci prezident və 5-ci şəhər və kənd islam şuraları seçkilərinə səs veriblər.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei seçkiləri önəmli məsələlə adlandıraraq bütün İran vətəndaşlarına tövsiyə ediblər ki, daha çox və daha tez səsvermədə iştirak etsinlər. 

İran prezident seçkilərini əhəmiyyətli adlandıran İslam İnqilabının Böyük Rəhbəri bildiriblər: Ölkənin taleyi vətəndaşların əlindədir. Çünki bu seçkilərdə icraçı qüvvənin başçısını seçəcəklər. 

İnqilab Rəhbəri həmçinin 5-ci şəhər və kənd islam şuraları seçkilərini də önəmli adlandırıblar: Bu seçkilərdə şəhər və kəndlərə xidmət və vətəndaşların gündəlik işlərini həyata keçirən şəxslər seçiləcək. 

İslam İnqilabının Böyük Rəhbəri sonda bildiriblər: Vətəndaşlar bu seçkilərdə tam diqqət və tanışlıqla iştirak etsinlər. 

Teqlər