May 20, 2017 11:17 Asia/Baku
  • Borucerdi: Region ölkələri İranla əlaqələrini yenidən nəzərdən keçirəcəklər
    Borucerdi: Region ölkələri İranla əlaqələrini yenidən nəzərdən keçirəcəklər

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri deyib: İran xalqının prezident seçkilərindəki geniş iştirakından sonra region ölkələri İranla əlaqələrini əsaslı şəkildə yenidən nəzərdən keçirəcəklər.

12-ci prezident və 5-ci şəhər və kənd islam şuraları seçkiləri dünən İranda və dünyanın 102 ölkəsində keçirilib.

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Borucerdi bu gün İranın xəbər telekanalı ilə müsahibədə əlavə edib: İran xalqı seçkilərdə geniş iştirak edərək, iqtisadi sanksiyalarla xalqı təslim edə biləcəklərini düşünən düşmənlərə möhkəm cavab verdi.

Borucerdi söyləyib: Qərb ölkələri etiraf edirlər ki, İran xalqının seçkilərdə geniş iştirakının başqa bir nümunəsi yoxdur və onlar İran xalqına qarşı iqtisadi savaşın tətbiqindən məyus olublar.

O, həmçinin Ərəbistanın Amerika tarixində ən mənfur prezident olan Donald Tramp ilə görüşmək üçün əlli islam ölkəsinin başçılarına dəvət göndərməsinə toxunaraq, belə qeyd edib: Amerika daim İran İslam Respublikası üçün problem yaratmaq ardınca olub, amma İran xalqının seçkilərdə iştirakı Amerikanın hərəkətləri və fitnələrini zərərsizləşdiribdir.

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri deyib: Hər bir xalqın öz ölkəsinin idarə olunmasında rol oynaması çox mühümdür, zira bir çox ölkədə xalq səsvermə haqqına malik deyil və İranda belə bir seçkinin keçirilməsi bir çox region ölkəsi üçün böyük bir dərsdir.

Teqlər