May 20, 2017 11:52 Asia/Baku
  • İran seçkiləri Rusiya medialarında
    İran seçkiləri Rusiya medialarında

Rusiya mediaları İranın daxilində və 102 ölkədə keçirilən 12-ci prezident seçkilərində xalqın iştirak miqdarını gözlənilməz adlandırıblar.

TASS və "Rossiya Seqodnya" agentlikləri İranın daxilində və 102 ölkədə keçirilən 12-ci prezident seçkiləri barədə seçkilərin keçirildiyi müddətdə bir neçə reportaj yayıblar.

TASS xalqın seçkilərdəki geniş iştirakını tamamilə aşkar adlandırıb.

Bu reportajın davamında həmçinin seçki məntəqələrindəki növbələrin uzun olmasına görə, səsvermə müddətinin uzadılmasına işarə edilibdir.

"Rossiya Seqodnya" da İran xalqının seçkilərdəki geniş iştirakına toxunaraq, yazıbdır ki, seçki məntəqələrində əhali izdihamı nəzərə çarpır.

Moskvanın "Exo" radiosu və "Utra News" vebsaytı da İranın prezident seçkiləri və bu seçkilərin müddətinin uzadılmasına işarə ediblər. Onlar öz reportajlarında bu seçkilərdə on milyonlarla iranlının iştirak etdiyini vurğulayıblar.

12-ci prezident və 5-ci şəhər və kənd islam şuraları seçkiləri, eləcə də İslam Şurası Məclsinin ara seçkiləri cümə günü bütün İran boyu 63 min 500 seçki məntəqəsində keçirilib.

Teqlər