May 20, 2017 14:13 Asia/Baku
  • İslam inqilabının böyük rəhbəri xalqa təşəkkür edib

İslam inqilabının böyük rəhbəri İranda 19 may seçkiləri münasibəti ilə bu gün xalqa müraciət edərək İran xalqının seçkilərdə geniş və yüksək əhval-ruhiyyə ilə iştirakına görə öz təşəkkürünü bildiriblər.

İRİB-in verdiyi məlumata görə, 12-ci prezident seçkiləri və 5-ci şəhər və kənd islami şuraları seçkiləri dünən İran və 102 ölkədə keçirildi.

12-ci prezident seçkilərinin yekun nəticələrinə görə seçkilərə namizəd Həsən Ruhani  23 milyondan çox səs qazanaraq İran İslam Respublikasının prezidenti seçilib. İslam inqilabının böyük rəhbərinin xalqa təşəkkür müraciətinin tam mətni az sonra təqdim olunacaq.

Teqlər