May 20, 2017 19:04 Asia/Baku
  • Bəsrə partlayışında 7 iranlı zəvvar yaralanıb

İran Daxili İşlər Nazirliyinin Sərhəd Məsələləri üzrə şöbə müdiri bildirib ki, İraqın Bəsrə vilayətində bomba qoyulmuş avtomobilin partlaması nəticəsində 7 iranlı zəvvar yaralanıb.

İran Daxili İşlər Nazirliyinin Sərhəd Məsələləri üzrə şöbə müdiri Məcid Ağababayi bu gün IRNA ilə müsahibədə deyib ki, iranlı zəvvarları İranın Xuzistan vilayətindən daşıyan iraqlı avtomobil dünən gecə Bəsrə yaxınlığındakı yoxlama-buraxılış məntəqəsində bir neçə avtomobil ilə dayandığı bir halda, bir yüngül avtomobil tərəfindən partlayış hücumuna məruz edilib.

Ağababayi əlavə edib: Bu hücumda yaralanmış 7 iranlı zəvvardan altısı xəstəxanadan buraxılıb və bir nəfər hazırda xəstəxanada yatır.

İraqın polis qaynaqları bu hadisə ilə bağlı bildiriblər ki, avtobusda olan iki əsgər və bir neçə mülki şəxs bu partlayışda həlak olubdur.

İŞİD terrorçuları iraqlı qüvvələr qarşısında ardıcıl məğlubiyyətlərdən sonra İraqın müxtəlif şəhərlərində sivilləri qırğın etməyə üz tutublar.

İŞİD 2014-cü ildə ABŞ-ın və onun qərbli və ərəb müttəfiqlərinin maliyyə və hərbi dəstəklərilə İraqa hücum edərək, bu ölkənin şimal və qərb məntəqələrinin bir hissəsini işğal etdi. Bu qaragüruh indiyədək saysız-hesabsız cinayətlər törədibdir.

Teqlər