May 20, 2017 19:54 Asia/Baku
  • İran ABŞ qırıcılarının Suriyaya qarşı hücumunu pisləyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü amerikan qırıcıların Suriyanın cənubundakı mülkilərə qarşı hücumunu pisləyərək, bu hücumu Suriyanın ərazi bütövlüyü və hakimiyyətinin aşkar surətdə pozulması və bir təcavüz adlandırıb.

Amerika qırıcıları cümə axşamı günü Suriya ordusunun bu ölkənin İordaniya ilə sərhədində yerləşən Əltənəf şose yolundakı mövqelərinə hücum ediblər ki, bunun nəticəsində bir qrup sivil daxil olmaqla onlarla nəfər ölüb və yaralanıbdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün deyib: Amerika qırıcılarının Suriya mülkilərinə qarşı hücumu dünya ictimaiyyətinə üzv müstəqil bir ölkə kimi Suriyanın ərazi bütövlüyü və hakimiyyətinin aşkar surətdə pozulması və bir təcavüz, eləcə də ABŞ-ın beynəlxalq sistemdəki birtərəfliliyi və onun rəsmi surətdə tanınmış beynəlxalq qanunlara laqeydliyidir.

Qasemi vurğulayıb ki, bu hücum terrorçular üçün zamanın satın alınması və meydan səhnəsində müvazinətin dəyişdirilməsi hədəfilə həyata keçirilib. O, sonra deyib: Bu hücum puç bəhanələrlə və daxili və beynəlxalq sahələrdə Amerikanın dövlət başçılarının problemlərini ört-basdır etmək məqsədilə həyata keçirilib və bu, ABŞ dövlətinin regiona təxribatçılıq müdaxilələrinin aşkar bir nümunəsidir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü sonra belə qeyd edib: Suriya dövləti və bu ölkədəki mötədil müxalifət, eləcə də Suriyadakı bütün təsirli tərəflər çalışırlar ki, gərginliyin azaldılması məntəqələrinin yaradılması ilə səmərəli suriyalı-suriyalı danışıqlar üçün münasib bir zəmin yaratmış olsunlar. Amerikanın ardıcıl təcavüzlərinin Suriya ərazisində terror qruplarının mövqelərini gücləndirməkdən başqa bir nailiyyəti olmayacaqdır.

İranın diplomatiya aparatının sözçüsü vurğulayıb: Amerikalı qırıcıların suriyalı mülkilərə qarşı hücumu dünya ictimaiyyətinin sükutu, laqeydliyi və bunun təkrar ediləcəyi halda, tanınmış beynəlxalq qanunlar və mexanizmlərə ağır zərərlər vuracaqdır.

Teqlər