May 21, 2017 09:39 Asia/Baku
  • Makron Ruhanini təbrik edib
    Makron Ruhanini təbrik edib

Fransa prezidenti bir müraciətdə İran prezident seçkilərində qələbə qazanması münasibəti ilə Həsən Ruhani və İran xalqını təbrik edib.

İRNA-nın məlumatına görə, Emmanuel Makron bu müraciətdə Fransa və İranın iqtisadi, elmi və mədəni əlaqələrinin gücləndirilməsini istəyib. 

Fransanın yeni prezidenti həmçinin Parisin Əhatəli Müştərək Təşəbbüs Proqramını vurğuladığını qeyd edib. 

Cümə günü İran və 102 ölkədə keçirilən 12-ci İran prezident seçkilərinin son nəticələrinə əsasən, Həsən Ruhani 23 milyondan çox səs toplayaraq bir daha prezident seçilib. 

İranlılar bu seçkilərdə aktivliyi ilə seçiliblər. 

Səsvermə məntəqələrində izdihamın olduğuna görə, səsvermə müddəti dörd dəfə uzadılıb. 

 

Teqlər