May 21, 2017 09:41 Asia/Baku
  • Venesuela, Qazaxıstan və Almaniya rəsmiləri Ruhanini təbrik ediblər
    Venesuela, Qazaxıstan və Almaniya rəsmiləri Ruhanini təbrik ediblər

Venesuela və Qazaxıstan prezidentləri, həmçinin Almaniyanın xarici işlər naziri şənbə gecə ayrı-ayrı müraciətlərdə İran prezident seçkilərində qalib gəlməsi münasibəti ilə Həsən Ruhanini və İran xalqını təbrik ediblər.

İRİB-in məlumatına görə, Venesuela prezidenti Nikolas Maduro bir müraciətdə Həsən Ruhaninin yenidən İran İslam Respublikası prezidenti seçilməsi münasibəti ilə təbrik edib: Cümə günü ictimai qüdrətin əks olunmasının şahidi idik. Bu qüdrət dünyaya əks etdirdi ki, iranlılar ABŞ-ın qeyri-qanuni və ədalətsiz sanksiyalarına baxmayaraq, ölkələrinin quruculuq və inkişaf prosesini davam etdirirlər. 

Qazaxıstan prezidenti Nursultan Nazarbayev də Həsən Ruhaniyə ünvanladığı müraciətdə onu yenidən İran prezidenti seçilməsi münasibəti ilə təbrik edib. 

Almaniya xarici işlər naziri də Həsən Ruhanini İran İslam Respublikası prezident seçkilərində qalib gəlməsi münasibəti ilə təbrik edib. 

Ziqmar Qabriel bu müraciətdə əlavə edib: Almaniya İran İslam Respublikası ilə iqtisadi, elmi və mədəni sahələrdə əlaqələrin davam etməsi və möhkəmləndirilməsini istəyir. 

Teqlər