May 21, 2017 20:09 Asia/Baku
  • İranlı qari Malayziya Quran müsabiqəsinin qalibi olub
    İranlı qari Malayziya Quran müsabiqəsinin qalibi olub

İranlı qari Malayziyada keçirilən beynəlxalq Quran müsabiqəsində ilk yeri tutub. İran İslam Respublikası 11-ci dəfə ilk yerin sahibi olub. İranın tanınmış qarisi Hamid Əlizadə builki yarışlarda birinci yeri tutub. Bu yeri iki il öncə Mina şəhidi Möhsün Hacıhəsəni Kargər qazanmışdı.

İranın gənc qarisi Malayziyada keçirilən Quran yarışlarının qalibi oldu. 24 kişi qarisinin 5 gecə rəqabətində Hamid Əlizadə 59-cu Malayziya Beynəlxalq Quran Müsabiqəsində digər qarilərdən üstün olub. Malayziya kralının iştirak etdiyi bağlanış mərasimində iranlı qari mükafatlandırılıb.

İranlı qari Hamid Əlizadə deyib: Əl-həmdulillah, çox sevinirəm ki, burada əziz dostum Möhsün Hacıhəsəni Kargərin xatirəsini canlandıra bildim. Elə buradan müəllimlərimə, əziz ata-anama, həyat yoldaşıma təşəkkürümü bildirirəm. Bu qəhrəmanlığı bütün iranlılar, xüsusilə də əziz rəhbərimizə təqdim edirəm.

Brunei, Malayziya, Kanada və Sinqapurun qariləri də qiraətin növbəti pillələrində qərarlaşıblar. Qadınlarda hafizlik növündə qalib şəxslər elan olunublar.

Münsiflər heyətinin misirli üzvü Əbu əl-Məsəravi deyib: Texniki baxımdan qalib qarilər seçildilər. Amma hər halda əsas məqsəd Quranla əlaqənin möhkəmləndirilməsidir.

Yarışların son gecəsində iştirakçıları vəcdə gətirən Əlizadənin dinləməli qiraətindən bu nəticəni proqnoz etmək olardı.

Avstraliyalı qari deyib: İranlı iştirakçıların əksəriyyətinin Quran qiraətində ilahi istedadı vardır və builki yarışlarda da iranlı qarinin heyrətləndirici qiraəti vardı.

İspaniyalı qari Məhəmməd İlyas deyib: İranlı qarinin qiraəti çox gözəl və digər qiraətlərlə fərqli idi.

Bu yarışlarda İranın qariləri həmişə Malayziya mediaları və Quransevərlərin diqqət mərkəzində durmuşlar.