May 21, 2017 21:39 Asia/Baku
  • İran dünya turizminin ən ucuz məqsədidir
    İran dünya turizminin ən ucuz məqsədidir

Dünya İqtisad Assambleyası üçüncü il ardıcı olaraq İranı xarici turistlər üçün dünya turizminin ən sərfəli məqsədi adlandırıb.

İRİB-in məlumatına görə, Dünya İqtisad Assambleyası öz altı aylıq hesabatında bildirib: İran turist xərcləri sahəsində dünyanın ən ucuz turizm məqsədi hesab olunur. Misir, Malayziya, Rusiya, Türkiyə, Yunanıstan, İspaniya, ABŞ, Fransa və İtaliya kimi ölkələrə səfər İrandan daha baha başa gəlir.

İran həmçinin mədəniyyət ehtiyatları baxımından dünyada 38-ci yerdə qərarlaşıb. Belə ki, Çexiya Respublikası, Danimarka, Macarıstan və Rumıniya kimi bəzi Avropa ölkələrindən yuxarı pillədə qərarlaşıb.

Təhlükəsizlik, xərclər, turizm cazibəlikləri, səhiyyə, bazar və ən münasib turizm məqsədlərinin müəyyənləşməsində təyinedici amillər hesab olunur.

Teqlər