May 22, 2017 09:58 Asia/Baku
  • İran və Türkiyə diplomatları görüşüblər
    İran və Türkiyə diplomatları görüşüblər

İran və Türkiyənin xarici işlər nazirlərinin müavinləri iki ölkə arasında xüsusi ilə iqtisadi və siyasi əlaqələrin genişləndirilməsinə təkid ediblər.

İRNA-nın verdiyi məlumata görə, İran xarici işlər nazirinin Asiya və Okeaniya üzrə müavini İbrahim Rəhimpur və Türkiyənin xarici işlər nazirinin müavini Sedat Unal dünən Tehranda baş tutan görüşdə iki ölkə arasında əlaqələrin artması və əməkdaşlılqarın genişləndirilməsi üçün mədəni, tarixi və dini ortaqlıqlara söykənməyin vacibliyini vurğulayıblar. 

İran rəsmisi bu görüşdə deyib: İran və Türkiyə regionun iki böyük və mühüm ölkəsidir və iki ölkənin qarşılıqlı və regional əməkdaşlıqları ikitərəfli münasibətlərin inkişafına və region məsələlərinin həllinə kömək edə bilər. 

Bu görüşdə türkiyəli nazir müavini də İranda 12-ci prezident seçkiləri münasibəti ilə İran tərəfini təbrik edərək deyib: İranda baş verən , demokratiyanın geniş nümayişi oldu və xalqın seçkilərdə geniş iştirakı xalqın öz ölkəsinin taleyi üçün qərar verməkdə əzmkar olduğunu göstərdi. 

Teqlər