May 24, 2017 09:02 Asia/Baku
  • Vaizi: İran və Azərbaycanın əlaqələri qonşular üçün örnəkdir

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi Azərbaycanın Respublika Günü tədbirində deyib: İran və Azərbaycanın əlaqələri qonşular üçün örnəkdir.

İRNA-nın məlumatına görə, Azərbaycanın Respublika Günü tədbiri xarici ölkələrin səfirləri, siyasi və mədəni şəxslərin iştirakı ilə bu ölkənin Tehrandakı səfirliyində keçirilib. 

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da bu tədbirdə xatırladıb: Azərbaycan Respublikası və İran İslam Respublikasının əlaqələri bütün sahələrdə genişlənməkdədir. 

Azərbaycanın İrandakı səfiri əlavə edib: İki ölkə münasibətləri tarixi və müştərək bağlarla paralel olaraq iki xalqın yaxınlıq əlaqələrinə söykənib. 

Hüseynov bildirib: Azərbaycan müstəqilliyini qazandığı ilk illərdən dost və qardaş İran İslam Respublikasının dəstəyinin şahidi olmuşdur və ötən 4 il ərzində Azərbaycan və İran prezidentləri 8 dəfə görüşmüşlər. 

Teqlər