May 24, 2017 17:03 Asia/Baku
  • Somali sahillərində İran gəmisi oğurlanıb

Somali rəsmisi bu ölkə sahillərində İranın balıqçılıq gəmisinin oğurlandığını bildirib.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, Somalinin yarımmuxtar Pantlend bölgəsinin şimalında Habo şəhərinin meri Əli Şərə deyib: Bir qrup dəniz qulduru çərşənbə axşamı günü İranın bir balıqçılıq gəmisini oğurlayıb və ondan başqa gəmilərin oğurlanması əməliyyatında əsas gəmi kimi istifadə etmək istəyirlər.

Londonda yerləşən Beynəlxalq Dənizçilik Təşkilatının bildirdiyinə görə, cari ildə indiyə qədər 3 gəmi dəniz quldurlarının hücumuna məruz qalıb. Bu hücumlardan sadəcə biri uğursuz olub.

Teqlər