May 24, 2017 19:44 Asia/Baku
  • Qasimi: Ali-Xəlifə rejiminin hərəkətinin çoxlu mənfi təsiri vardır

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhreyn hökumətinin bu ölkə vətəndaşları və ruhaniləri əleyhinə sərtliyinin mənfi təsirləri haqda xəbərdarlıq edib.

Bəhreyn məhkəməsinin tanınmış ruhani Şeyx İsa Qasimin həbs və əmlakının müsadirə olunmasına dair qərarından və ictimai etirazların artmasından sonra, Ali-Xəlifə rejimi qüvvələri çərşənbə axşamı günü şeyx İsa Qasimin yaşadığı Əd-Duraz məhəlləsinə hücum ediblər. Bu qarşıdurmada 5 nəfər həlak olub, 100 nəfər yaralanıb, təxminən 300 nəfər də saxlanılıb.

İran XİN sözçüsü Bəhram Qasimi çərşənbə günü İRİB-ə verdiyi müsahibədə Ali-Xəlifə məhkəməsi tərəfindən bəhreynli ruhani Şeyx İsa Qasim haqda bir neçə gün öncə qərarın verilməsinə toxunub: Bu qərarlar qəbulediləsi və layiqli deyildir. Onların cəmiyyətindən olan məlumatları və şəraiti nəzərə alaraq bu sərtliyin Bəhreyn hökumətinə mənfi təsirləri olacaqdır.

Qasimi əlavə edib: Bəhreyn hökuməti öyrənməlidir ki, öz gücünü ölkə vətəndaşlarından alsın. Çünki bu, onlar üçün əcnəbi qüdrətlərə doğru əl açmasından daha faydalıdır.

Qasimi Bəhreyn rəsmilərinə xatırladıb: Təcrübə və tarix göstərir ki, əcnəbi qüdrətlərin dəstəyi dövri xarakter daşıyır və bir gün ötəri dəstəklər sona çatacaq.

İran XİN sözçüsü həmçinin beynəlxalq insan haqları dairələrinin Bəhreyn hökumətinin bu ölkə vətəndaşlarına qarşı sərtliyinə etinasızlığını tənqid edib: Beynəlxalq dairələrin insan haqları məsələləri haqda ikili standartları vardır. Bu məsələnin yeniliyi yoxdur.

Teqlər