May 26, 2017 12:02 Asia/Baku
  • Rəhbərlik Xübreqanı Məclisi Ali-Xəlifənin Şeyx İsa Qasimə qarşı hörmətsizliyini pisləyib
    Rəhbərlik Xübreqanı Məclisi Ali-Xəlifənin Şeyx İsa Qasimə qarşı hörmətsizliyini pisləyib

Rəhbərlik Xübreqanı Məclisi Bəhreynin xəfiyyə qüvvələrinin bu ölkənin tanınmış din xadimi Şeyx İsa Qasimin mənzilinə qarşı basqınını pisləyərək, bu addımın və Bəhreyn xalqına qarşı təcavüzün nəticələri haqda xəbərdarlıq edib.

IRIB-nin məlumatına görə, Rəhbərlik Xübreqanı Məclisi bir bəyanat yayaraq bildirib: Ali-Xəlifənin Ali-Səudun dəstəyilə həyata keçən Şeyx İsa Qasimlə insanlıqdan uzaq davranışı bütün müsəlmanların, eləcə də dünyadakı bütün azadlıqsevər insanların qəlblərini qəm-qüssəyə saldı, amma elə bir tufan qopacaqdır ki, Ali-Xəlifənin devrilməsindən savayı heç bir yolla toxtamayacaqdır.

Ali-Xəlifə rejimi ötən bazar günü Şeyx İsa Qasimi əmlakını müsadirə etməklə bir il həbsə məhkum etdi.

Bəhreyn məhkəməsinin Şeyx İsa Qasimə qarşı hökmünün elan olunmasından və xalq etirazlarının kəskinləşməsindən sonra Ali-Xəlifə rejiminin qüvvələri çərşənbə axşamı günü axşamçağı Şeyx İsa Qasimin yaşadığı Əldiraz məntəqəsinə hücum etdilər ki, bu hücumda altı nəfər öldü, 200-dən çox insan yaralandı və təqribən 300 nəfər də həbs olundu.