May 29, 2017 08:50 Asia/Baku
  • İranlı alimləri yeni kəşfi
    İranlı alimləri yeni kəşfi

İranlı tədqiqatçılar hüceyrələri boyamaq üçün bir aparat hazırlayaraq, insan, heyvan və bitkilərdə sağlam hüceyrələrin qeyri-sağlam hüceyrələrdən ayırd edilməsi üçün bir metod kəşf ediblər.

Bu layihənin icraçısı Ramin Məhəmmədi Zənd İSNA-ya verdiyi müsahibədə iranlı tədqiqatçıların "Tişo Prosesor və Slayd boyayan " aparat hazırladıqlarını bildirərək deyib: Bu aparat bir robotdur və robot qolu ilə səbətlərdəki bitki, insan və heyvan toxumalarını araşdırma üçün hazırlayır. 

Layihənin iranlı icraçısı deyib: Bu aparatdan istifadə etməklə toxumalar mavidən tutmuş qırmızıya qədər çeşidli rəng çalarları ilə boyanır və hüceyrələrin sağlam yoxsa qeyri-sağlam olduqları onun hansı rəngi özünə alması əsasında müəyyənləşir.

İran İslam Respublikası tibb sahəsində öncül ölkələrdən biridir. 

Hər il müxtəlif ölkələrdən minlərlə xəstə müalicə üçün İrana səfər edir.   

Teqlər