İyun 08, 2017 09:32 Asia/Baku
  • Zərif Türkiyə prezidenti ilə görüşdü
    Zərif Türkiyə prezidenti ilə görüşdü

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə günü Ankarada Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ilə görüşüb, danışıqlar aparıb.

İRNA-nın verdiyi məlumata görə, bağlı qapılar arxasında keçirilən bu görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib. 

İran xarici işlər naziri çərşənbə günü Ankaraya daxil olduqdan sonra jurnalistlər qarşısında verdiyi açıqlamada bu səfərdə məqsədinin Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görülüb, ikitərəfli əlaqələr, regional məsələlər, Suriya olayları habelə, regionda cərəyan edən önəmli hadisələr barəsində danışıqlar aparmaq olduğunu deyib. 

Zərif Yaxın Şərqdə cərəyan edən hazırkı olayların narahatlıq doğurduğunu deyib: Bu məsələlər barəsində İran və Türkiyə rəsmiləri arasında yaxın və sıx müzakirələrin aparılmasına ehtiyac var. 

İran xarici işlər naziri həmçinin deyib: Çərşənbə günü Tehranda törədilən terror aktları terrorizm ilə mübarizədə İranın iradəsini daha da möhkəmləndirəcək. 

Zərif əlavə edib: Təhlükəsizlik durumu və terror hücumları ilə bağlı region çox pis bir şəraitə malikdir. Buna görə də bu xüsusda regionda hərtərəfli formada əməkdaşlıqlar edilməlidir. 

Teqlər