İyun 09, 2017 08:29 Asia/Baku
  • Qazaxıstan, Qırğızıstan və Türkmənistan prezidentləri Ruhaniyə başsağlığı veriblər
    Qazaxıstan, Qırğızıstan və Türkmənistan prezidentləri Ruhaniyə başsağlığı veriblər

Qazaxıstan, Qırğızıstan və Türkmənistan prezidentləri öz iranlı həmkarlarına müraciətlərində Tehranda törədilmiş iki terror hücumunda günahsız həmvətənlərimizdən bir qrupunun şəhid olması münasibətilə başsağlığı verərək, bu hərəkətləri pisləyiblər.

Nazarbayev dünən Qazaxıstan prezident aparatının mətbuat ofisi tərəfindən yayılmış Ruhaniyə ünvanlanan müraciətində İran İslam Şurası Məclisinin idarə binasında və İran İslam Respublikası banisinin hərəmində törədilmiş terror hadisələrində bir qrup İran vətəndaşının şəhid olması və bədən xəsarəti almasından böyük kədərlə xəbərdar olduğunu bildirərək, özü və Qazaxıstan xalqı tərəfindən bu terror hadisələrində şəhid olanların ailələri və yaxınlarına başsağlığı veribdir.

Qırğızıstan prezidenti Almazbek Atambayev də İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə ünvanladığı müraciətində çərşənbə günü Tehranda törədilmiş terror hadisələrini pisləyərək, İranın dövləti, xalqı, xüsusən bu terror hadisələrində şəhid olanların ailələri və yaxınlarınlarının kədərinə şərik çıxıbdır.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov da dünən İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə ünvanladığı müraciətində Tehranda törədilmiş terror hadisələri ilə bağlı başsağlığı verib və bu bəşəriyyətə zidd hərəkətləri pisləyibdir.

Çərşənbə günü İran İslam Şurası Məclisinin idarə binasında və İran İslam Respublikası banisinin hərəmində törədilmiş iki terror hücumunda 17 nəfər şəhid olub, 46 nəfər də yaralanıbdır.

Teqlər