İyun 09, 2017 10:54 Asia/Baku
  • Tehran terror hücumları şəhidlərilə vidalaşma mərasimi başlanıb
    Tehran terror hücumları şəhidlərilə vidalaşma mərasimi başlanıb

Tehran terror hücumları şəhidlərilə vidalaşma mərasimi İranın yüksək vəzifəli rəsmiləri və bu hücumlarda şəhid olanların ailələrinin iştirakı ilə başlanıb.

IRIB-nin məlumatına görə, bu mərasimdə İslam İnqilabının Böyük Rəhbərinin ofisinin müdiri höccətulislam vəlmuslimin Mohəmməd Mohəmmədi Qolpayeqani, bir qrup nazir və parlament üzvü, həmçinin terror şəhidlərinin ailələri iştirak edirlər.

Mərasimdən sonra şəhidlərin cənazələri müşayiət edilmək məqsədilə Tehran universitetində cümə namazının qılındığı məkana köçürüləcəkdir.

Çərşənbə günü İran İslam Şurası Məclisinin idarə binasında və İran İslam Respublikası banisinin hərəmində törədilmiş iki terror hücumunda 17 nəfər şəhid olub, 46 nəfər də yaralanıbdır. Bu hadisələr sonda təhlükəsizlik qüvvələrinin müdaxiləsilə başa çatıbdır.

Teqlər