İyun 09, 2017 15:03 Asia/Baku
  • Tehran terror hücumları şəhidlərinin cənazələri müşayiət olunub
    Tehran terror hücumları şəhidlərinin cənazələri müşayiət olunub

Tehran terror hücumları şəhidlərinin pak cənazələrinin müşayiət edilməsi mərasimi cümə namazından sonra xalqın və İran İslam Respublikası rəsmilərinin geniş iştirakı ilə Tehran universitetinin qarşısından keçirilib.

Təsnim xəbər agentliyinin məlumatına görə, Tehran terror hücumları şəhidlərinin cənazələri ilə vidalaşma mərasimi də bu gün səhər İranın prezidenti Həsən Ruhani, İslam Şurası Məclisinin sədri Əli Laricani və məhkəmə hakimiyyətinin sədri ayətullah Sadeq Amoli-Laricaninin iştirakı ilə İslam Şurası Məclisində keçirilib.

Tehran terror hücumları şəhidlərindən bir qrupunun cənazəsi müşayiət mərasimindən sonra Tehranın Beheşte Zəhra gülüstanının 50-ci bölməsində, hərəm müdafiəçiləri şəhidlərinin məzarlarının kənarında torpağa tapşırılacaq.

Terrorçu İŞİD qrupunun tabeliyində olan ünsürlərın çərşənbə günü səhər İran İslam Şurası Məclisinə və Həzrət İmam Xomeyni(r.ə)-in pak hərəminə qarşı hücumları nəticəsində 17 nəfər şəhid olub, 52 nəfər də yaralanıbdır.

 

Teqlər