İyun 12, 2017 20:46 Asia/Baku
  • İran buğdası Omana ixrac olundu
    İran buğdası Omana ixrac olundu

İran İslam Respublikası gəmiçilik nəqliyyatı şirkətinin icraçı direktoru deyib: İranın ixrac etdiyi ilk buğda yükü İranın cənub-qərbində İmam Xomeyni (rə) limanından Oman istiqamətində göndərildi.

İRİB-in məlumatına görə, İran İslam Respublikası gəmiçilik nəqliyyatı şirkətinin icraçı direktoru Əli Əkbər Qənci deyib: İranın Omana ixrac etdiyi ilk buğda yükünün həcmi 30 min tondur.

Qənci əlavə edib: Buğda üzrə özünütəmin layihəsinin uğur qazanması ilə İranın müxtəlif istiqamətlərdə buğda ixracatı tədricən tətbiq olunur.

İran İslam Respublikası gəmiçilik nəqliyyatı şirkətinin icraçı direktoru xatırladıb: İranın Omana ilk buğda ixracatı makro strategiyalar istiqamətində böyük addım və Müqavimət İqtisadiyyatı, istehsal və məşğulluq" şüarı istiqamətindədir.

İranın Kənd Təsərrüfatı Nazirliyi də bir müddət öncə bildirib. İranın kənd təsərrüfatı məhsulları birbaşa olaraq dünyanın 30 ölkəsinə ixrac olunur.

Teqlər