İyun 13, 2017 09:15 Asia/Baku
  • İnqilab Rəhbəri İranın inkişafı üçün yeni atmosferin yaradılması zərurətinə təkid etdilər
    İnqilab Rəhbəri İranın inkişafı üçün yeni atmosferin yaradılması zərurətinə təkid etdilər

İslam İnqilabının Böyük Rəhbəri bazar ertəsi günü üçlü qüvvə başçıları və dövlət rəsmiləri ilə görüşdə İranın inkişafı üçün yeni əməkdaşlıq atmosferinin yaradılması zərurətinə təkid edərək, deyiblər: Ölkənin düzgün idarə edilməsi üçün milli birlik və Amerikaya etibar etməmək kimi dəyərli təcrübələrdən istifadə etməklə yanaşı qərarların qəbul edilməsində düzgün parametrlərə diqqət göstərilməlidir.

Həzrət Ayətullahülüzma Xamenei gündəmdə olan məsələlərə nəzər salaraq, 19 May seçkiləri barədə deyiblər: İranda keçirilən son prezident və şəhər və kənd islam şuralarına seçkilər böyük bir iş idi və İnqilabın qüdrətini və İslam quruluşunun insanların ürəklərində necə dərin nüfuza malik olduğunu göstərmiş oldu. Baxmayaraq ki, dünya mediaları öz iri həcmli təbliğatlarında bu məsələyə heç bir işarə etmirlər. 

İnqilab Rəhbəri Amerikalıların prezident seçkilərinin ardınca İrana qarşı sanksiyaları artırmaq kimi çirkin hərəkətinə işarə edib və deyiblər: Bu düşmənçiliklər müqabilində "ölkənin inkişafı və İslam Respublikasının aliliyi" kimi ortaq hədəflərə çatmaq üçün yeni əməkdaşlıq atmosferi yaradılmalı və bütün tərəflər onda paya malik olmalıdır. 

İslam İnqilabının Böyük Rəhbəri daha sonra çıxışının əsas hissəsinə yəni ölkənin necə düzgün formada idarə edilməsi və doğru yolun yanlış yoldan necə ayırd edilməsi mövzusuna daxil olaraq, deyiblər: Ölkənin düzgün şəkildə idarə edilməsi ilk növbədə "qərarların qəbul edilməsi üçün düzgün parametrlər"in müəyyən edilməli olduğunu daha sonra isə, ötən 38 ilin təcrübələrindən istifadə edilməli olduğunu deyiblər. 

Həzrət Ayətullahülüzma Xamenei imperialist qüdrətlərin öz istəklərini qəbul etdirmək üçün müxtəlif metodlardan istifadə etdiklərini vurğulayıb və deyiblər: Bu metodlardan biri "beynəlxalq qaydalar" adı altında hegemonçuların maraqlarını təmin etməkdir. Onlar bu yolla müstəqil və zülmə qarşı çxan ölkələri beynəlxalq qaydaları pozmaqda ittiham etməyə çalışırlar. 

İnqilab Rəhbəri əlavə ediblər: Son zamanlar amerikalılar İranla bağlı çıxışlarında "regionda gərginlik yaratmaq" məsələsini gündəmə gətirməyə çalışırlar. Onların cavabında ilk olaraq bu məntəqənin onlar ilə nə kimi bir əlaqəsi olduğunu soruşmaq daha sonra isə, regionda sabitliyi pozan tərəfin elə onların özlərinin və regiondakı əlaltılarının olduğunu demək lazımdır. 

İslam İnqilabının Böyük Rəhbəri İŞİD terror qruplaşmasının formalaşması və ona hərbi və maliyə dəstəyinin verilməsində amerikalıların roluna işarə edib və deyib: İŞİD əleyhinə koalisiyanın təşkil edilməsi iddiası bir yalandır. Əlbəttə, amerikalılar "nəzarətdən kənar İŞİD" ilə müxalifdirlər. Amma, həqiqətən İŞİD-i məhv etmək istəyən tərəf onunla mübarizə aparar.

İnqilab Rəhbərinin öz çıxışlarında barəsində bəhs etdiyi ikinci məsələ Amerika idi.

"Amerika ilə bağlı bir çox məsələnin həlli yoxdur. Çünki, Amerikanın bizimlə olan məsələləri nüvə enerjisi və ya insan haqları kimi mövzulardan qaynaqlanmır. Onlar "İslam Quruluşu" ilə problemə malikdirlər." - deyə İnqilab Rəhbəri qeyd ediblər. 

Həzrət Ayətullahülüzma Xamenei söhbətlərinin sonunda İran xalqını aktiv, İslam İnqilabını isə gənc adlandırıb və deyiblər: Bu şərait İran xalqı üçün yaxşı gələcək vəd edir və ümidvarıq xalqın durumu hər gün daha da yaxşılaşsın və təhdidlər ən yaxşı formada önlənilsin. 

Teqlər