İyun 15, 2017 11:56 Asia/Baku
  • Elmi məqalələr; İran xalqının iftixarı
    Elmi məqalələr; İran xalqının iftixarı

İran İslam Respublikası prezidenti iranlı alimlərin elmi və texnoloji məqalələrinin lazımı effekti verdiyi günün İran xalqının iftixarlı günü olduğunu bildirib və deyib: İran universitetləri və müalicə mərkəzləri hər gün böyük İran xalqına iftixar yaşada bilərlər.

Həsən Ruhani dünən gecə Tehranda universitet müəllimləri və həkimlərə iftar ziyafətində İranda tibb elmi sahəsində gözə çarpacaq inkişafın baş verdiyini bildirərək deyib: Bu gün avropalılar və digər ölkələrin vətəndaşları müalicə üçün İrana gəlirlər. 

Ruhani iranlı universitet müəllimləri və gənclərin, İran universitetləri və elmi mərkəzlərinin iftixar, əzəmət və izzət amili olduqlarını vurğulayaraq deyib: İranın 18 universiteti dünyanın birinciləri sırasındadırlar. 

İran İslam Respublikası prezidenti əziz islam peyğəmbərinin(s.ə) təkidlərinə görə elmi öyrənmək və öyrətməyin vacibliyini xatırladaraq deyib: qərblilər elmi iranlı alimlərdən öyrəniblər. 

Teqlər