İyun 20, 2017 17:52 Asia/Baku
  • Sepah-ın İŞİD-ə qarşı raket atəşinin yeni nəticələri
    Sepah-ın İŞİD-ə qarşı raket atəşinin yeni nəticələri

Hərbi meydan mənbələri bu gün bildiriblər ki, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın raketlərindən birinin Diyrəzzur vilayətində yerləşən Əlmuhasan şəhərində İŞİD terror qrupunun qərargahına düşməsi nəticəsində 15-dən çox İŞİD-çi öldürülüb.

Press TV-nin məlumatına görə, İŞİD terror qrupunun başçılarından bir neçəsi də ölənlər arasındadır.

Bazar ertəsi günü gecə də elan olundu ki, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın raketlərindən birinin İŞİD terror qrupunun Diyrəzzur məntəqəsinin ətrafında yerləşən Əlməyadin şəhərindəki qərargahına düşməsi nəticəsində əllidən çox İŞİD terrorçusu məhv edilib.

Hələ İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın atdığı və dəqiq şəkildə terrorçuların Diyrəzzurdakı qərargahlarına düşdüyü altı raketdən dördünün törətdiyi tələfatın miqdarı elan olunmayıbdır.

Teqlər