İyun 21, 2017 09:01 Asia/Baku
  • Ruhani: Terrorçulara zərbə tamamilə düzgün və zəruri idi
    Ruhani: Terrorçulara zərbə tamamilə düzgün və zəruri idi

İran İslam Respublikası prezidenti İslam İnqilabı Keşikçilər Korpusu Sepahın Suriyanın Deyruz-Zurunda terrorçuların bazalarına raket zərbəsi endirməsinin tamamilə düzgün, yerində və zəruri olduğunu bildirib: İslam Respublikasının əzəmətinə zərbə vurmaq istəyən şəxslərə İranın cavabı çox qətiyyətli olacaq.

İran Prezident Aparatı informasiya portalının məlumatına görə, Həsən Ruhani çərşənbə axşamı günü Tehranda alimlər və ruhanilələrlə iftar ziyafətində xatırladıb: İranın Ali Milli Təhlükəsizlik Şurası 7 iyun Tehran terror aktlarından sonra terrorçulara cavab verilməsi üçün silahlı qüvvələrlə səlahiyyətlər verdi. Bunlardan biri də İran İslam İnqilabı Keşikçilər Korpusu Sepahın son hücumudur. 

Terrorçuların son Tehran aktlarında İslam Şurası Məclisi və İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (rə) pak məqbərəsinə hücumlarda öz məqsədlərini əldə edə bilmədiklərini deyən prezident Ruhani əlavə edib: İslam İnqilabının Böyük Rəhbərinin buyurduğu kimi, İran İslam Respublikasına sili vura biləcəklərini təsəvvür edənlər İran İslam Respublikasından sili alacaqlarını bilməlidirlər. 

Ruhani bildirib: İran İslam Respublikası quruluşu izzət və əzəmətlə öz yolunu davam etdirəcək və öz birliyi və addımlarını qoruyacaqdır. 

İslam İnqilabı Keşikçilər Korpusu Sepah bazar günü Suriyada təkfirçi terrorçuları tənbeh etmək məqsədilə Deyruz-Zurda İŞİD terrorçularının toplaşma, dəstək və partlayıcı avtomobillər hazırlayana mərkəzləri və qərargahılarını 6 ədəd orta radiuslu raketlə vurub. 

Bu raketlər 650 kilometrlik məsafəni qət edərək və İraq ərazisindən keçərək dəqiq şəkildə təyin olunan məqsədləri vurub. 

Teqlər