İyun 21, 2017 09:12 Asia/Baku
  • Ruhani: Mosulun azadlığı region xalqlarının şənliyidir
    Ruhani: Mosulun azadlığı region xalqlarının şənliyidir

İran İslam Respublikası prezidenti terrorizmlə mübarizədə İraq dövləti, ordusu və xalq səfərbər qüvvələrinin uğurları münasibəti ilə təbrik edərək deyib: Terrorizmin sona çatması üçün simvol olaraq Mosulun azadlığı İran, İraq, Suriya və böyük terrorizm fenomeni ilə mübarizə aparan regiondakı bütün ölkələrin qələbə şənliyidir.

İran prezidenti Həsən Ruhani çərşənbə axşamı günü İraq baş naziri Heydər əl-İbadi ilə Tehranda görüşüb. 

Regionda terrorizmlə mübarizə və təhlükəsizliyin yaradılmasını bütün ölkələrin əməkdaşlıq, koordiansiya və iştirakı çərçivəsində mümkün hesab edən Həsən Ruhani bildirib: Terrorçular qarşısında qələbə və İraq xalqının təhlükəsizliyini öz uğuru və təhlükəsizliyi hesab edən İran İslam Respublikası həmişə İraq xalqının yanında olub və olacaq. 

Ruhani regionda terror aktları və terrorçuların fəaliyyətinin artmasını sionistlərin nəhs planının bir hissəsi hesab edib: Terrorizmlə mübarizə Qüds məsələsi və sionist rejimin regiondakı təhlkəsinin unudulmasına səbəb olmamalıdır. 

Ruhani həmçinin regionda ölkələrin ərazi bütövlüyünün qorunması və sərhədlərdə istənilən coğrafi dəyişikliyin baş verməməsinin vacibliyini qeyd edib: Coğrafi dəyişikliklər və parçalanma qəbul ediləsi və heç bir bölgə ölkəsinin xeyrinə deyil. İran vahid İraqı dəstəkləyir və şübhəsiz İraqın birliyini zəiflədəcək hər bir hərəkət heç kimin xeyrinə və qəbulediləsi olmayacaq. 

İraq baş naziri Heydər əl-İbadi də bu görüşdə bildirib: İraq bütün sahələrdə İran İslam Respublikası ilə öz əlaqələrini genişləndirmək niyyətindədir. 

İraq baş naziri regionun bütün ölkələri, xüsusilə də İran və İraqın terrorizmlə mübarizədəki əməkdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib və deyib: İŞİD terrorçuları heç bir sərhəd tanımır və bütün ölkələr bu ortaq təhdidlə mübarizədə əməkdaşlıq etməlidirlər. 

Teqlər