İyun 21, 2017 14:09 Asia/Baku
  • Ruhani: Ümumdünya Qüds Günü Fələstin məsələsinin canlandırılması günüdür

İran İslam Respublikası prezidenti regionda və İslam Dünyasında olan problemləri sionistlər və terrorçuların xeyrinə adlandırıb və deyib: Sionizm və terrorizmi cilovlamaq üçün İslam Dünyasında birlik və həmrəylik gücləndirilməlidir.

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü Nazirlər Kabinetinin iclasında İran xalqını Ümumdünya Qüds Günü yürüşlərində iştiraka dəvət edib və deyiblər: Fələstin məsələsini heç bir vəchlə unutmaq olmaz. Baxmayaraq ki, sionistlər ötən illər ərzində regionda terrorizmə rəvac verməklə Fələstin məsələsinin unudulmasına çalışıblar.

Ruhani Ümumdünya Qüds Gününü Fələstin məsələsinin yenidən gündəmə gətirilməsi günü adlandırıb və deyib: Qüds Günü Fələstin xalqını himayə etmək, zülm qarşısında dayanmaq, İslam Dünyasındakı ixtilafları aradan qaldırmaq və terrorizm ilə qətiyyətli formada mübarizə aparmaq, ABŞ başda olmaqla böyük qüdrətlərin regiona müdaxilələri qarşısında müqavimət göstərmək mənasındadır.

Ruhani terrorizm məsələsinin region və dünyanı narahat etdiyini deyərək, əlavə edib: Şühbəsiz  region ölkələri və islam ölkələri arasındakı ixtilaflar sonda beynəlxalq sionizm və qəsbkar İsrail rejiminin xeyrinədir.

İran prezidenti terrorizm ilə mübarizəni sionizmin zərərinə və İslam Dünyasının xeyrinə adlandırıb və deyiblər: İran regionda sülh və sabitliyin bərqərar edilməsi üzrə vahid və mühüm məqsədə nail olmaq üçün terrorizm ilə mübarizə aparan bütün tərəflərə kömək edir, onları dəstəkləyir.

İran İslam Respublikası prezidenti həmçinin deyib: İran İslam Respublikası terrorçulara və onların ağalarına terror fəaliyyətlərini İranın daxilinə çəkmək icazəsi verməyəcək.

Teqlər