İyun 22, 2017 10:18 Asia/Baku
  • Sepah-ın Deyrəzzura olan raket hücumunda 170 terrorçu məhv edilib
    Sepah-ın Deyrəzzura olan raket hücumunda 170 terrorçu məhv edilib

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah Suriyada terrorçuların mövqelərinə olan raket hücumunda 170-dən çox terrorçunun o cümlədən bir neçə terrorçu dəstə başçısının və nüfuzlu terrorçunun öldürülməsindən xəbər verib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın ictimai əlaqələr xidməti çərşənbə günü bir bildiriş yayaraq, Suriyanın Deyrəzzur vilayətində həyata keçirilmiş anti-terror əməliyyatının bəzi detallarına aydınlıq gətirib. Bu məlumatda deyilir: Sepah bazar günü axşam saatlarında 6 ədəd yer-yer tipli orta mənzilli ballistik raket ilə Suriyanın Deyrəzzur vilayətində öncədən təyin edilmiş hədəflərə zərbələr endirib. Bu raket hücumu zamanı 170-dən çox terrorçu ölüb, bir qrup terrorçu da yaralanıb. Həmçinin, terrorçulara onların hərbi təchizatlarına və infrastrukturlarına ciddi zərər və ziyanlar dəyib. 

Sepah-ın ictimai əlaqələr xidməti daha sonra bildirib: Deyrəzzurda terrorçuların mövqelərinin müəyyən edilməsi və bu barədə lazım olan infromasiyaların toplanılması prosesinin bütün mərhələləri Sepah-ın Qüds qüvvələrinin əməliyyat meydanındakı amilləri tərəfindən dəqiq və etibarlı şəkildə əldə edilərək, Sepah-ın aviasiya və kosmonavtika qüvvələrinin ixtiyarına verilib. 

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah həmçinin bildirib: İranın milli təhlükəsizliyinin qorunması və düşmənlərin təhdidləri ilə mübarizədə bir an olsun belə təxirə yol vermədən, bədxahları ən ağır şəkildə cəzalandıracağıq. 

Teqlər