İyun 22, 2017 20:57 Asia/Baku
  • Əli Laricani
    Əli Laricani

İran İslam Şurası Məclisinin sədri dünyanın bir çox ölkəsində Ümumdünya Qüds Gününün qeyd olunduğunu deyib: Qüds Günü sionist rejim əleyhinə ifşaçılıq günüdür.

İran parlamentinin sədri Əli Laricani Tehranda jurnalistlərə verdiyi açıqlamada əlavə edib: Ümumdünya Qüds Gününün təşəbbüskarı İmam Xomeyni (rə) sionist rejimin Fələstin xalqına qarşı cinayətlərini gizlətmək üzrə qərb ölkələrinin səyləri ilə praktiki mübarizəyə qalxdı. 

Laricani bildirib: ABŞ və bəzi qərb ölkələrinin Ümumdünya Qüds Gününün möhtəşəm keçirilmsinin qarşısını alınması üzrə təxribatçılığına rəğmən, bu gün ABŞ və sionist rejim əleyhinə böyük hərəkətə çevrilmişdir və onların bütün metodlarının ifşa olunmasına kömək edir. 

Teqlər