İyun 23, 2017 08:39 Asia/Baku
  • Qüds günü sionist rejimin məhvinə çağırış günüdür
    Qüds günü sionist rejimin məhvinə çağırış günüdür

Bu gün, cümə günü, 1438-ci hicri qəməri ili mübarək ramazan ayının 28-i və sonuncu cüməsi, Ümumdünya Qüds günüdür və dünya müsəlmanları bu gündə anti-sionist aksiyalar keçirərək, qəsbkar sionist rejimə qarşı öz nifrətlərini bildirirlər.

Mübarək ramazan ayının sonuncu cüməsi İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə.) tərəfindən Ümumdünya Qüds günü adlandırılıbdır ki, bütün dünya müsəlmanları sionist rejimin rasistcəsinə siyasətlərinə qarşı öz nifrətlərini elan etsinlər.

Ümumdünya Qüds günü mərasimi bu gün, cümə günü, səhər saat 10:30 dəqiqədə eyni vaxtda İranın 900-dən yuxarı şəhərində başlanacaq. 4 min daxili və xarici müxbir bütün İran boyu Ümumdünya Qüds günü yürüşünü işıqlandıracaq.

İranda Qüds və İntifazə qərargahının sədri general Ramazan Şərifin dediyinə görə, Ümumdünya Qüds günü mərasimi bu il 120-dən çox islam və qeyri-islam ölkəsində keçirilir.

İslam İnqilabının Böyük Rəhbəri çərşənbə günü İran universitetlərinin müəllimləri, tədqiqatçıları və istedadlarından bir qrupu ilə görüşdə Ümumdünya Qüds gününü son dərəcə mühüm adlandırıb və belə vurğulayıblar: Bu əziz gün sırf olaraq, bir məzlum xalqı himayə etməyi elan etmək deyildir, həm də dünya zalımları və hegemonçuları ilə mübarizənin simvolu günüdür.

Teqlər