İyun 23, 2017 09:51 Asia/Baku
  • Sepah Kürdüstanda bir terror dəstəsini məhv edib
    Sepah Kürdüstanda bir terror dəstəsini məhv edib

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Quru Qoşunlarının Həmzeye Seyyiduşşuhəda(ə) qərargahınınn ictimai əlaqələr şöbəsi bu gün səhər tezdən Kürdüstanda bir terror dəstəsinin məhv edilməsindən xəbər verib.

IRNA-nın Sepah Nyus-a istinadlı məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Quru Qoşunlarının Həmzeye Seyyiduşşuhəda(ə) qərargahınınn ictimai əlaqələr şöbəsi İslam döyüşçülərinin dünya imperializminin tabeliyində olan bir terror dəstəsilə döyüşündən xəbər verib.

Həmzeye Seyyiduşşuhəda(ə) qərargahı bildirib: Ölkə daxilində əmin-amansızlıq yaratmaq və terror hərəkətləri etmək niyyətində olan bir terror dəstəsinin üzvlərindən üçü bu gün səhər tezdən Həmzeye Seyyiduşşuhəda(ə) qərargahının döyüşçüləri tərəfindən Kürdüstan məntəqəsindəki döyüşlərdə öldürülüb və onların bir nəfəri həbs olunubdur. Bu döyüşdə həmçinin terrorçuların müəyyən miqdarda silah və sursatı İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın ixtiyarına keçibdir.