İyun 24, 2017 14:51 Asia/Baku
  • Bəhram Qasemi
    Bəhram Qasemi

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi Məscidül-Hərama qarşı terror hücumu ilə bağlı planı qınayaraq, bütün region xalqlarını terrorizm ilə mübarizədə ayıq olmağa çağırıb.

Ərəbistanın Daxili İşlər Nazirliyi cümə günü Məscidül-Həramda bir terror aktının önlənilməsindən xəbər verib.

Bəhram Qasemi şənbə günü deyib: Bir qrup terrorçunun Beytül-Hərama qarşı uğursuz alınan hücum cəhdi bir daha sübut etdi ki, müsəlmanlar və İslam Dünyası başda olmaqla regionu və dünyanı bürüyən terrorizm heç bir din, məzhəb, coğrafiya, soy və millət tanımır. Və öz məqsədlərinə çatmaq üçün hətta, müsəlmanların ən müqəddəs məkanını belə hədəf almaqdan çəkinmirlər.

Qasemi əlavə edib: İran İslam Respublikası harda, hansı formada və hansı məqsədlə olmasına baxmayaraq terrorizmi qınayıb və keçmişdə olduğu kimi terrorizm ilə mübarizədə digər ölkələrə yardım etməyə hazır olduğunu bildirib.

Bir terrorçu-kamikadze də cümə günü Ciddə şəhərinin cənubunda yerləşən Ülya məntəqəsində Ərəbistanın təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alındıqdan snra üzərindəki partlayıcı qurğunu işə salaraq, özünü partladıb.

Ərəbistanın təhlükəsizlik qüvvələri Məkkə və Ciddə şəhərində 3 nəfəri həbs ediblər.

Teqlər