İyun 25, 2017 09:15 Asia/Baku
  • İranın raket hücumunun mesajı düşmənlər tərəfindən alınmışdır
    İranın raket hücumunun mesajı düşmənlər tərəfindən alınmışdır

İran İslam İnqilabı Keşikçilər Korpusu Sepah-ın aviasiya və kosmonavtika qüvvələri komandanı deyib: Sepah-ın Suriyada İŞİD-in mövqelərinə olan raket hücumunun mesajı İranın regional və regiondan kənar düşmənləri tərəfindən alınmışdır.

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah bazar günü axşam saatlarında Suriyadakı təkfirçi terrorçuları cəzalandırmaq məqsədi ilə onların Deyrəzzurdakı komandanlıq mərkəzini habelə, terrorçuların toplaşdığı məkanı, onların tədarükat mərkəzini və avtomobillərə bomba quraşdırma sexini 6 ədəd orta mənzilli yer-yer tipli raket ilə hədəfə aldı. 

General Əmir Əli Hacızadə şənbə günü müxbirlərə verdiyi müsahibədə deyib: Sepah-ın Suriyada İŞİD terrorçularının mövqeyinə raket zərbəsi endirməsi İran xalqı habelə, 7 iyun tarixində törədilən terror aktında şəhid olanların ailələri və həmin hadisədə yaralananların adından həyata keçirilmiş bir hücum idi. 

7 iyun terror hücumlarında İŞİD terrorçuları İran İslam Şurası Məclisinin inzibati binasını və İran İslam Respublikasının banisi olan İmam Xomeyni(rə)-in məqbərəsini öz hücumlarının hədəfinə çevirmişdilər. Bu hadisədə 18 nəfər şəhid olmuş, 52 nəfər isə yaralanmışdı. 

Sepah-ın aviasiya və kosmonavtika qüvvələri komandanı vurğulayıb: Bu raket hücumu ilə İŞİD terrorçularına ağır zərbə endirilmiş oldu və bu əməliyyat terrorçuların birliyini darmadağın edərək, onları parçalamışdır. 

Teqlər