İyun 25, 2017 09:47 Asia/Baku
  • İranda İŞİD qruplaşmasına bağlı bir terrorçu dəstə üzvləri saxlanıldı
    İranda İŞİD qruplaşmasına bağlı bir terrorçu dəstə üzvləri saxlanıldı

İran İslam Respublikasının təhlükəsizlik nazirliyi şənbə günü axşam İranda terror aktı törətməyi planlaşdıran dəstə üzvlərinin saxlanılmasından xəbər verib.

İranın təhlükəsizlik nazirliyi tərəfindən yayılan bildirişdə deyilir: Ümumdünya Qüds Günü ilə bir vaxtda təhlükəsizlik qüvvələri İranın dini şəhərlərində terror aktları planlaşdıran bir dəstənin üzvlərini hər hansı bir təxribatçı hərəkət törətməyə imkan vermədən ələ keçiriblər. 

İŞİD terror qruplaşmasına bağlı olduğu bildirilən bu terrorçu dəstə üzvlərinin üzərindən 3 ədəd kalaşnikov avtamatı, 1 ədəd səs boğucu ilə təchiz edilmiş avtomat silahı, gecə görüntüsü olan binokl, 3 ədəd partlayıcı kəmər, məsafədən partlayış törətmək üçün 3 ədəd telefon, çoxlu miqdarda hərbi sursat, partlayıcı qurğular, simsiz əlaqə vasitələri və digər texniki vasitələr aşkar və zəbt edilib.