İyun 25, 2017 12:03 Asia/Baku
  • 2017-ci ildə İranın polad istehsalı artıb
    2017-ci ildə İranın polad istehsalı artıb

Ümumdünya Polad Assosasiyası İranın cari 2017-ci ilin ilk 5 ayında xam polad istehsalını 8 milyon 159 min tona çatdırdığını bildirib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 1 milyon ton daha çoxdur.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Ümumdünya Polad Assosasiyasının cari ilin ilk 5 ayı üzrə hesabatına əsasən İran 2017-ci ilin may ayında 1 milyon  790 min ton polad istehsal edib. Bu isə 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2% daha çoxdur.

Ümumdünya Polad Assosasiyası həmçinin bildirir: Cari ilin ilk 5 ayında dünyada istehsal edilən ümumi poladın miqdarı 694 milyon 876 min ton olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.6% daha çoxdur.

Ümumdünya Polad Assosasiyası tərəfindən yayımlanan hesabata əsasən Çin, Yaponiya və Hindistan dünyanın ən iri polad istehsalçılarıdırlar.

Teqlər