İyun 25, 2017 15:18 Asia/Baku
  • Xərrazi: ABŞ və bəzi Ərəb rejimləri regiondakı terrorizmin arxasında dururlar
    Xərrazi: ABŞ və bəzi Ərəb rejimləri regiondakı terrorizmin arxasında dururlar

İranın Xarici Əlaqələr Strateji Şurasının sədri deyib: ABŞ habelə, bəzi Qərb və Ərəb ölkələrinin terrorçu qruplaşmaların yaradılması, region və dünyanın böhrana sürüklənməsindəki rolu son dərəcə böyükdür.

Kamal Xərrazi bazar günü Pekində keçirilən 6-cı Beynəlxalq Sülh Assambleyasında iştirakı zamanı jurnalistlərə verdiyi açıqlamada deyib: Yaxın Şərqdə terrorizmin genişlənməsinini səbəbi bəzi region ölkələri tərəfindən demokratiya əleyhinə siyasətlərin yürüdülməsidir.

Xərrazi terrorizmin köklərinin ifratçılıq və təkfirçilik düşüncələrinə uzandığını deyərək, əlavə edib: Terrorçuların o cümlədən İŞİD terror qruplaşmasının Suriya və İraqdakı vəhşiliklərinin İslam təlimləri ilə heç bir əlaqəsi yoxdur. Əksinə, bu vəhşiliklər Ərəbistan dövlətinin siyasətlərindən və bu kimi azğın düşüncələri yaymasından qaynaqlanır.

İranın Xarici Əlaqələr Strateji Şurasının sədri daha sonra İranı terrorizmin ən böyük qurbanlarından adlandırıb və deyib: Ərəbistan və Amerikanın İranı regionda səbatsızlıq amili adlandırmaları tamamilə yalan və əsassızdır.

Teqlər