İyun 25, 2017 19:10 Asia/Baku
  • İranlı taekvandoçu Dünya Çempionatında ikinci oldu
    İranlı taekvandoçu Dünya Çempionatında ikinci oldu

Cənubi Koreyada keçirilən taekvando üzrə dünya çempionatında iranlı atlet gümüş medalın sahibi olub.

İRİB-nin verdiyi məlumata görə, İranlı taekvandoçu Armin Hadipur bazar günü Cənubi Koreyanın Mucu şəhərində keçirilən final qarşılaşmasında Cənubi Koreyalı taekvandoçu Tae Hun Kim qarşısında məğlub olaraq, gümüş medala yiyələnib.

-54 kq çəki dərəcəsində mübarizə aparan Armin  Hadipur yarışların final mərhələsinə yüksəlmək üçün Hindistan, Efiopiya, İndoneziya, Belçika və Tailənddən olan rəqiblərini məğlub etmişdi. 

Teqlər