İyun 27, 2017 08:49 Asia/Baku
  • Qasemi: Böyük yalanlar dövrü başa çatıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü səud medialarının Ərəbistanda təhlükəsizlik əleyhinə fəaliyyətlərdə əlinin olması ittihamı ilə üç iranlının həbsinə dair iddialarına reaksiyada deyib ki, daha böyük yalanlar dövrü başa çatıbdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi ISNA ilə müsahibədə bildirib ki, səudların anti-İran iddiaları dəyərsiz, əsassız və yalandır.

Qasemi vurğulayıb: Səudlar unudublar ki, yeni dövrdə və müasir dövranda; elm, bilik və təfəkkürün inkişaf etdiyi bir dövrdə; informasiyalar və rabitə dövründə keçmiş əsrlərin əksinə olaraq, daha yalan danışmaq olmaz.

Səud başçılarının İrana qarşı iddiaları elə bir halda irəli sürülür ki, Ərəbistan təkfirçilik-vəhhabilik təfəkkürünün mənbəyi kimi və dünyanın müxtəlif ölkələrinin etiraflarına görə, region və dünyada terror cərəyanlarının genişlənməsində mühüm rol oynayır.