İyul 13, 2017 13:26 Asia/Baku

İran İslam Respublikası prezidenti Həsən Ruhani zorakılıq və ifratçılığı region və dünya üçün böyük təhdid adlandırıb və deyib: Terrorizm ilə mübarizə bir düşüncə və mədəniyyət ilə mübarizədir.

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü Nazirlər Kabinetinin iclasında İraq xalqının İŞİD terrorçuları üzərində qələbə çalması və Mosul şəhərini azad etməsini bütün region xalqları üçün sevindirici hal və xoş xəbər adlandırıb və deyib: Bütün ölkələr, dünyada ifratçılıq və zorakılığın kökünü kəsmək üçün, əməkdaşlıq etməli və hərbi, mədəni, siyasi və iqtisadi baxımdan terrorçular ilə mübarizə aparmalıdırlar. 

Həsən Ruhani terrorçulara qarşı savaşda İraq xalqı və dövlətinə ilk kömək edən ölkənin İran olduğunu deyərək, əlavə edib: Bəzi region və dünya ölkələri İranın İraqa dəstək olmasından narahat oldular. Amma, terrorizmin yayılmasından sonra başa düşdülər ki, İranın uzaqgörənliyi və gələcəklə bağlı baxışları dəqiq və düzgün imiş. 

İran prezidenti həmçinin, Tehranın nüvə məsələsi daxil olmaqla bütün məsələlərdə daim məntiqli, region və dünyanın xeyrinə olan müdrik bir siyasət yürütdüyünü deyərək, əlavə edib: İran ABŞ-ın öz öhdəlikləri qarşısındakı sədaqətinə tam etibar etməsə də, heç bir zaman Amerikalılar üçün qərar qəbul etməkdə bu gün qədər çətin olmayıb. Çünki, onlar artıq beynəlxalq dairələrdə İrana qarşı hansısa iş görə bilməzlər. 

H.Ruhani daha sonra ABŞ müdafiə nazirinin İranla bağlı müdaxilə xarakterli sözlərinə işarə edərək, deyib: Ötən 40 ildə davamlı olaraq İran İslam Respublikasına qarşı hansısa təxribat xarakterli işə əl atmağa çalışan bütün ölkələr daim uğursuzluğa düçar olublar. 

ABŞ-ın müdafiə naziri Ceyms Matiz "Daily Caller" informasiya portalı ilə müsahibədə müdaxilə xarakterli bir hərəkətdə deyib: İran və Amerika arasında müsbət ikitərəfli əlaqələrin olması üçün İranda hakim quruluş dəyişilməlidir.

Teqlər