İyul 16, 2017 09:36 Asia/Baku
  • İranın sərhəd məntəqəsində 1 terrorçu öldürülüb

İranın cənub şərqində Sistan və Bəluçestan ostanının Səravan sərhəd bölgəsində terrorçuların Pakistan ərazilərindən açdıqları atəşə İranın sərhəd qoşunlarının cavab atəşi nəticəsində 3 terrorçu ölüb və yaralanıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının Qüds qərargahının ümumi əlaqələr şöbəsi bildirib ki, Dünən günortadan sonra əcnəbi casusluq agentliklərinə tabe olan bir terrorçu dəstə Pakistan ərazisindən Səravan bölgəsində İran İslam Respublikası sərhədlərinə doğru atəş açıblar. 

Bu məlumata görə, Keşikçilər Korpusunun Qüds qərargahının qüvvələrinin cavab atəşi nəticəsində bir terrorçu ölüb başqa ikisi yaralanıb və digər terrorçular Pakistan əraziləri daxilində uzaqlaşıblar. 

Terrorçuların İran ərazilərinə atəş açmaları nəticəsində iki iranlı fəhlə şəhid olub. 

Muzdlu yaraqlı quldurlar son illər ərzində Pakistan ərazisindən terror əməliyyatları həyata keçirərək İran İslam Respublikasının bir neçə vətəndaşı və sərhəd qüvvələrini şəhid ediblər.  

Teqlər