İyul 19, 2017 13:20 Asia/Baku
  • İrandan ABŞ-a 90 milyon dollar dəyərində xalça və zəfəran ixrac olunub

İranın Ticarət İnkişafı Təşkilatının sədr müavini deyib: Ötən ildə İrandan ABŞ-a təxminən 90 milyon dollar dəyərində xalça və zəfəran ixrac olunub.

İranın Ticarət İnkişafı Təşkilatının sədr müavini Məhəmməd Rza Mududi çərşənbə axşamı günü İRNA-ya verdiyi müsahibədə əlavə edib: Keçmişdə olduğu kimi İranın ixracatı region ölkələri, Çin və Hindistan bazarı ilə məhdudlaşmır və bəzi Avropa ölkələri və ABŞ-a da ixrac olunur. 

Mududi bildirib: İtaliya, Almaniya, Fransa və ABŞ Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasından sonra İranın ixracat səbətinə qayıdan ölkələrdəndir. 

İranın Ticarət İnkişafı Təşkilatının sədr müavini həmçinin 2016-cı ildə İranın qeyri-neft ixracatının təxminən 44 milyard dollar olduğunu bildirərək deyib: 2015-ci illə müqayisədə həcm baxımından 48, dəyər baxımından 3,5% artıb. 

Teqlər