İyul 19, 2017 17:18 Asia/Baku
  • General Cəzayiri: ABŞ terrorizmlə mübarizədə aldatma fəndini işlədir

İran Silahlı Qüvvələrinin sözçüsü deyib: ABŞ-ın İraq və Suriyadakı davranışı terrorçulara dəstək və anti-terror koalisiyaların yaradılmasında aldatma fəndinin bariz nümunəsidir.

İran Silahlı Qüvvələrinin sözçüsü general-mayor Məsud Cəzayiri əlavə edib: ABŞ-la istənilən anlaşma qəbul ediləsi deyildir və Ağ Evin ikili siyasət meydanında və onun qeyri-qanuni mənafeyi istiqamətində addım atmaq olmaz. 

General Cəzayiri bildirib: İraq və Suriya ağır günləri arxada qoyublar və başqalarının dəstəyi olmadan ağır yolları keçən ölkələr bundan sonra da öz müstəqillikləri və ərazi bütövlüklərini müdafiə edəcəklər. 

İran Silahlı Qüvvələri sözçüsü həmçinin deyib: Heç kimin İraq və Suriyanın qanuni dövlətləri və xalqlarının yerinə qərar vermək haqqı yoxdur. 

Gəzayirinin sözlərinə görə, ABŞ-ın terrorizm əleyhinə koalisiyasına qarşı olan ölkələr daha artıq müttəfiq olmalıdırlar. 

Teqlər