İyul 20, 2017 17:27 Asia/Baku
  • İran xarici işlər nazirinin müavini Dəməşqdə Bəşşar Əsəd ilə görüşüb
    İran xarici işlər nazirinin müavini Dəməşqdə Bəşşar Əsəd ilə görüşüb

İran xarici işlər nazirinin Ərəb və Afrika məsələləri üzrə müavini Dəməşqdə Suriya prezidenti Bəşşar Əsəd ilə görüşüb.

İRNA-nın məlumatına görə, Hüseyn Cabiri Ənsari Dəməşqə olan iki günlük səfəri çərçivəsində cümə axşamı Suriya prezidenti Bəşşar Əsəd ilə görüşüb, regionda cərəyan edən son hadisələr habelə, Suriya olayları və iki ölkəni maraqlandıran hadisələr barədə danışıqlar aparıb. 

Cabiri Ənsari Dəməşqə olan səfəri zamanı çərşənbə günü Suriyanın baş naziri İmad Xəmis, xarici işlər naziri Vəlid Müəllim və xarici işlər naziri Feysəl Miqdad ilə də görüşüb, danışıqlar aparmışdı. 

İran xarici işlər nazirinin müavini çərşənbə axşamı İran - Suriya Müştərək Siyasi Komissiyasının 5-ci iclasında iştirak etmək üçün Dəməşqə səfər edib. Bu iclasda regionun son durumu və ikitərəfli əlaqələr araşdırılıb. 

Teqlər